Politoloq: “Paşinyan hər gün sərsəm bir fikir səsləndirir" ÖZƏL-MÜNASİBƏT
“Paşinyan hər gün sərsəm bir fikir səsləndirir ki, gündəmdə qalsın. Ona görə ki, bu adam hakimiyyəti əldə etməmişdən öncə erməni xalqına ağız dolusu vədlər verib və bu gün də o vədlərin heç birini yerinə yetirməyib”. Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.
Onun sözlərinə görə, Ermənistanın iqtisadi durumu gündən-günə daha da pisləşir: “Heç bir iqtisadi islahat həyata keçirə bilməyən, heç bir sosial layihələrə imza atmağı bacarmayan sərsəm bir liderdən başqa nəsə gözləmək sadəlöhvlük olardı. Bu adam gündəm yaratmaq və öz vətəndaşlarının başını qatmaq üçün gah Ermənistanın keçmiş məmurlarını həbs etdirir, gah da Qarabağla bağlı yuxusunda gördüklərini səhər durub bəyanat olaraq səsləndirir. Siyasətin və dövlət idarəçiliyinin nə olduğunu bilməyən bu adam anlamır ki, vermiş olduğu bu bəyanatla öz ölkəsinin beynəxalq aləmdə onsuz da bərbad olan nüfuzuna zərbə vurmuş olur. BMT də daxil olmaqla bütün beynəlxalq təşkilatlarla yanaşı bu münaqişənin həlli ilə məşğul olan dövlətlərə hörmətsizlik etdiyini açıq formada göstərmiş oldu. Küçədən çıxmış və küçə təfəkküründə olan bir siyasətçidən başqa nə gözləmək olar?!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB