“Rusiya bayrağı altında Suriyaya erməni qoşunlarının göndərilməsi Ermənistanın Qərb və Ərəb dünyası ilə əlaqələrini ciddi şəkildə poza bilər”. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ekspert Ruben Mehrabyan açıqlayıb.
Onun sözlərinə görə, bu, baş verə biləcək ən arzuolunmaz inkişafdır: “Rusiya əsgərləri və ümumiyyətlə, Rusiya Suriyada Əsədi dəstəkləyərək, onun törətdiyi cinayətlərinə şərik olur. Ermənistanın Silahlı Qüvvələri başa düşməlidirlər ki, onlar Suriyaya yollandıqda ruslarla yanaşı olub, onların tərəfdaşlarına çevriləcəklər ki, bununla da Ermənistan təhqir olunmuş olacaq. Bundan başqa bu addım Ermənistanın kredit məsələsinə təsir edəcək, Qərblə münasibətlərimizi pozacaq. Əgər Ermənistan Suriyadakı proseslərdə iştirak etmək istəyirsə, bu, o zaman Rusiyanın təşəbbüsü çərçivəsində deyil, yalnız beynəlxalq mandatla olmalıdır”.
Ekspert qeyd edib ki, hadisələrin bu cür cərəyan etməsi Ermənistanı sanksiyalarla üz-üzə qoya bilər. “Mən hələ ərəb ölkələri də daxil olmaqla, bunun həm Avropa, həm də həm Yaxın Şərqdə problemlərə səbəb olacağı haqqında danışmıram”, - deyən Ruben Mehrabyan söyləyib ki, sünni ərəb ölkələrində problemləri olan bir çox erməni icması var: “Ermənistan, ərəb dünyası ilə balanslı münasibətləri saxlamalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB