"Sammit birgə səylərimizi müzakirə etmək üçün mühüm fürsətdir"

"Sammit birgə səylərimizi müzakirə etmək üçün mühüm fürsətdir"

“Hazırkı sammit indi dövrdə və gələcəkdə birgə səylərimizi müzakirə etmək üçün mühüm fürsətdir. Alovun yayılmasına son vermək, Suriya böhranının çətinliklərini nəzərə alaraq üç tərəfin Suriyanın ərazi bütövlüyü, suriyalıların taleyini müəyyənləşdirmək üçün ümumi və prinsipial çərçivə əldə etməsi çox vacibdir”. SİA-nın “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İranın prezidenti Həsən Ruhani Tehranda keçirilən üçtərəfli zirvə görüşündə çıxışı zamanı deyib.

“Biz Suriyadakı terrorizmi dayandırdıq və bunun regiona və dünyaya yayılmasını əhəmiyyətli dərəcədə məhdudlaşdırdıq”, - deyən Ruhani söyləyib ki, İran Suriyadakı böhranın başlanğıcından bəri münaqişənin hərbi yolla həllinin qeyri-effektiv olduğuna köklənmişdi.

“Biz region ölkələrinin terrorizm və separatizmə dair narahatlıqlarını anlayırıq. Lakin Suriyanın qanuni hökuməti ilə əməkdaşlığı ən effektiv və davamlı yanaşma hesab edirik. Biz Suriya hökuməti ilə əlaqə olmadan birbaşa müdaxilə kimi digər yanaşmaların bu ölkədəki vəziyyətin daha da dərinləşdirə biləcəyinə əminik”, - deyə İran prezidenti zirvə görüşünün açılış mərasimində çıxışı zamanı deyib.

Ruhani bildirib ki, İran İslam Respublikası, Suriya hökumətinin terrorla mübarizə aparmaq istəyi ilə bu məsələdə iştirak edir: “Bizim Suriya ilə bağlı məsələlərin müzakirəsində iştirakımız davam edəcək. Biz sülh üçün mübarizə aparır və müharibənin yanlış yol olduğunu və terrorçu qruplar tərəfindən qurulduğunu hesab edirik. yanlış bir yol olduğuna inanırıq. Suriyada və bölgədəki son məqsədimiz - sülhdür. Amma davamlı sülhə nail olmaq üçün terrorla mübarizə edilməlidir".

"Beynəlxalq qətnamələrə və Suriya xalqının tələblərinə görə, İsrail işğal rejimi dərhal işğal olunmuş ərazilərindən çıxmalıdır”, - deyə İran prezidenti çıxışında əlavə edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə