“Daşnaqsütün” məhkəmə qarşısında

“Daşnaqsütün” məhkəmə qarşısında

Ermənistanın sabiq müdafiə naziri Artur Aqabekyan “Martik” fondunun vəsaitini mənimsəməkdə ittaham olunur. SİA-nın Ermənistanın İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Artur Aqabekyan 2002 ildə “Martik“ fondu yaradaraq güya, zabit heyətinin təkmilləşdirilməsi, müxtəlif yığıncaqlar, xeyriyyəçilik, tələbələrin və müəllimlərin hazırlıqları və müxtəlif yeni inovasiyaların tətbiqi, xarici ölkələrdə toplantıların keçirilməsi məqsədi ilə fəaliyyət göstərirmiş. Nəticədə fondun fırıldağı üzə çıxıb və rəhbərləri istintaqa cəlb olunub.

İstintaqın araşdırması nəticəsində məlum olub ki, fondun hesabından restoranlarda müxtəlif şənliklərə, otel sifarişlərinə, bahalı hədiyyələrə xərclənib. Müəyyən olunub, 54.083.860 dram təxminən 110 min dollar mənimsənilib. İstintaqçılar araşdırma zamanı qənaətə gəliblər ki, Artur Aqabekyan fonda rəhbərlik etdiyi vaxta vəsaitlərin mənimsənilməsinə bilavasitə rəhbərlik edib.

Maraqlısı budur ki, Artur Aqabekyan “Daşnaqsütün” partiyasının fəallarındadır və bu partiya Nikol Paşinyanın hökümətinin üzvüdür. Buna baxmayaraq Artur Aqabekyana cinayət işi açılıb və şəhərdən kənara çıxmaması barədə iltizam alınıb.

Qeyd edək ki, son zamanlar “Daşnaqsütün” partiyası və “xalqın baş naziri” Nikol Paşinyan arasında gərginlik pik həddə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə