Bakı sakini həyat yoldaşını baltaladıqdan sonra intihar edib

Bakı sakini həyat yoldaşını baltaladıqdan sonra intihar edib

Bakıda dəhşətli qətl hadisəsi baş verib. Bakı Şəhər Prokurorluğundan SİA-ya verilən xəbərə görə, hadisə dekabrın 4-də, Səbail rayonun Üzeyir Hacıbəyov küçəsi 27, mənzil 58 ünvanında baş verib. Belə ki, qeyd olunan ünvanda yaşayan 60 yaşlı Vüsal Hikmət oğlu Əfəndiyev ailə münaqişəsi zəminində həyat yoldaşı, 41 yaşlı Gülnarə Nadir qızı Əfəndiyevanı baltalayıb. Gülnarə Əfəndiyeva aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib.

 

Daha sonra isə Vüsal Əfəndiyev özünü 3-cü mərtəbədən ataraq intihar edib. Hadisə yerinə gələn polis əməkdaşları G. Əfəndiyevanı yaralı vəziyyətdə aşkarlayıblar. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə