Maliyyə böhranından sonra iqtisadiyyatının inkişafına görə İstanbul 1-ci yerə çıxıb
2008-ci ildə yaşanan maliyyə böhranından sonra iqtisadiyyatının inkişafına görə İstanbul 1-ci yerə çıxıb. SİA-nın məlumatına görə, ABŞ-ın ən böyük maliyyə qəzeti olan Wall Street Journal (WSJ) İstanbulu dünyanın ən dinamik şəhərləri siyahısında 1-ci yerdə qeyd edib.
Brookings İnstitutunun hesabatında İstanbul Çinin əhəmiyyətli maliyyə mərkəzləri olan Şenzen, Şanxay və Pekin şəhərlərini geridə buraxaraq iqtisadi böhranın ardından 2009-2010 illərdə kəskin inkişafı ilə fərqlənib. İstanbul iqtisadiyyatının 1 ildə adam başına yüzdə 5,5 faiz, məşğulluq nisbətinin isə 7,3 faiz artdığı bildirilib.
Hesabatda qeyd olunub ki, Türkiyənin bankçılıq sektoru qlobal iqtisadi böhrandan sonra bazarlardan qaçan qlobal sərmayə üçün etibarlı sığınacaq olub və İstanbul getdikcə inkişaf edən iqtisadi əməkdaşlıqları sayəsində iqtisadi böhrandan tez bir zamanda çıxıb.
Hesabata görə 2008-ci il böhranından sonra iqtisadi inkişaf edən ilk 10 şəhər aşağıdakılardır:
1-İstanbul
2-Şenzen
3-Lima
4-Sinqapur
5-Santiaqo
6-Şanxay
7-Guangzhou
8-Pekin
9-Manila
10-Rio-de-Jeneiro
Qeyd edək ki, hesabatda dünyanın 150 böyük şəhəri arasında ABŞ-ın maliyyə şəhəri New York 77-ci , paytaxt Vaşinqton isə 37-ci sırada qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170

USD
EUR
GBP
RUB