BMT Təhlükəsizlik Şurası İraq sammiti keçirəcək

BMT Təhlükəsizlik Şurası İraq sammiti keçirəcək

BMT Təhlükəsizlik Şurası dekabrın 15-də İraq sammiti keçirəcək. SİA-nın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Suzan Rays ölkəsinin Təhlükəsizlik Şurasına sədrliyə başlaması ilə əlaqədar mətbuat konfransı keçirib.

Rays Şuranın dekabrın 15-də keçirəcəyi İraq sammitinə ABŞ-ın vitse-prezidenti Co Baydenin rəhbərlik edəcəyini açıqlayıb. ABŞ təmsilçisi bu toplantının beynəlxalq birliyinin İraqda önəmli proseslərin baş verdiyini görməsi baxımından gözəl fürsət ola biləcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə