“Artilleriya atəşinin ustaları” müsabiqəsi başa çatdı FOTOLAR-VİDEO

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başa çatdı FOTOLAR-VİDEO

“Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin final mərhələsi keçirilib. SİA-nın verdiyi məlumata görə, final yarışlarının nəticələrinə görə Azərbaycan artilleriyaçıları müsabiqədə üçüncü yerə layiq görülüblər.

Qaliblərin təltif olunması mərasiminin sabah keçiriləcəyi nəzərdə tutulub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə