Bir medalın iki üzü

Və ya bənzər xəyanətlər, bənzər duetlər

Əlbəttə, bir medalın iki üzü deyəndə, bir qədər də təəccüb doğurmur. Ancaq duetin yalnız musiqiyə və ifaya aidiyyəti var. Elə mahnı var ki, onu ancaq iki müğənni ifa etməlidir. Deyəsən, bu məsələnin son zamanlar yalnız incəsənətə deyil, "siyasət"ə də dəxli var imiş. Amma görünür, özünə "karyera" qazanmış, dövlətdən və xalqdan layiq olduğundan da qat-qat artıq dəyər almış Rüstəm İbrahimbəyov və Əkrəm Naibov kimi milli xəyanətkar ünsürlərin maskaları yırtıldıqca, "sima"ları üzə çıxır.

Xəyanət yolunda züy tutan Əkrəm

Bənzər xəyanətəin bənzər züy tutanı Əkrəm Naibov bütün illərdə ermənilərə yarınan Rüstəm İbrahimbəyovu müdafiə edib. Hər iki rəzil milli dövlətçiliyə arxadan zərbə vuran, xalqa xəyanət edən vətən satqınlarıdır. Balayanların, avanesovların, yəni erməni avantüristlərinin yaxın dostunun Azərbaycan xalqına münasibəti yalnız bu cür ola bilər. Elə nala-mıxa vuran Rüstəm İbrahimbəyovun bir kinorejissor kimi fəaliyyətinin "pərdəarxası oyunlar"ı üzə çıxdıqca, onun erməni millətçilərinə sevgisi də açıq-aydın görünməyə başladıki, bu da vətənə xəyanətdən savayı bir şey deyil! Əlbəttə, xəyanətə aparan yolda Rüstəm İbrahimbəyov tək deyil. Bir qrup züy tutanları da var ki, onlar bizim dildə danışsalar da, düşüncələri nə xəlqidir, nə də milli. Ermənipərəst mövqeləri ilə seçilən belə nankorlar, dövlətçiliyimizə xəyanət yolu seçmələri ilə, digər satqınlardan "irəli çıxıblar". Hər iki satqının milli hissləri o qədər ölüb ki, hətta Azərbaycan xalqının tarixi torpaqlarına da şübhə ilə yanaşırlar. Əylis camaatının onu xəyanətkar kimi ittiham etməsindən xoflanan Rüstəm İbrahimbəyov erməni dostlarının Bakıdan köçüb getmələrinin xiffətini çəkir. Təcavüzkarla işğala məruz qalan ölkənin arasında bərabərlik işarəsi qoyan Rüstəm İbrahimbəyovun ermənilərsiz Bakının bu füsunkarlığını görə bilməməsi də yeni fikir deyil.

Bərabərlik işarəsinə gəlincə, xalq Rüstəmlə Əkrəmin fikirləri arasına onu özü qoyub, hər ikisinin vətənə xəyanəti ilə düşmənə məhəbbəti üst-üstə düşdüyünə görə.

Göründüyü kimi, bənzər xəyanətkarlar Rüstəm İbrahimbəyovu, istərsə də Əkrəm Əylislinin vadar edən nədir ki, ermənilərin müdafiəsinə qalxırlar və təcavüzkar Ermənistanla əraziləri 20 faiz işğala məruz qalan, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan Azərbaycanı eyniləşdirirlər? Bu, nəinki rəzilliyin, satqınlığın göstəricisidir, əslində, milli dövlətçiliyə arxadan zərbə və xalqa xəyanət deməkdir! Bütün bunlara baxmayaraq, erməni maraqlarının ifadəçisi olan qoca rejissor Azərbaycan dövlətinə və xalqına qara yaxmaqda davam edir. "Azərbaycan və Ermənistan vaxtilə bir dövlət olublar. Nə qədər ki, biz bir dövlətdə yaşayırdıq, heç bir torpaq iddiaları yox idi".

Bu, ya məntiqsizliyin, ya da yarınmağın ən ifrat dərəcəsidir. Ermənilərin doğrudanmı torpaq iddiası olmayıb və bu gün də yoxdur?! Təcavüzkarla işğala məruz qalan ölkənin arasında bərabərlik işarəsi qoyan Rüstəm İbrahimbəyovun ermənilərsiz Bakının bu füsunkarlığını görə bilməməsi də yeni fikir deyil. Ona görə də, belə murdarlar layiq olduğu qiyməti alıb və xalqın nifrətini qazanıb.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə