Angela Merkel: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Astanada əldə olunacaq prinsiplər əsasında davam etməlidir”
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Astanada əldə olunacaq prinsiplər əsasında davam etməlidir". SİA-nın xəbərinə görə, bunu Almaniya Federativ Respublikasının Kansleri Angela Merkel ATƏT-in Astana sammitində çıxışı zamanı bildirib. Avropalı diplomat ATƏT-ə üzv olan ölkələrə həlli uzadılmış münaqişələrin həlli istiqamətində aparılan danışıqları aktivləşdirməyi tövsiyyə edib.
Qeyd edək ki, bu gün Astananın Müstəqillik sarayında ATƏT-in sammiti öz işinə başlayıb. Astana sammiti 1999-cu ildə İstanbulda keçirilən sammitindən sonra ATƏT-in ilk zirvə görüşüdür. Eyni zamanda ATƏT-in Mərkəzi Asiyada keçirilən ilk sammitidir. Plenar sessiya dekabr 2-də davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB