“Siqaretçəkmənin məhdudlaşdırılması haqqında” qanun layihəsi yenidən işlənməlidir"-Açıqlama
Uruqvayda "Tütünə qarşı mübarizə haqqında" ÜST-nin Çərçivə Konvensiyası Tərəflərinin IV konfransı keçirilib. Beynəlxalq tədbirdə Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov təmsil edib. Bu barədə SİA-ya Ceyhun Məmmədov özü məlumat verib. O bildirib ki, 2 ildən bir keçirlən konfrans noyabrın 15-dən 20-dək davam edib və burada Rusiya, Türkiyə, Almaniya və digər böyük ölkələrdən geniş nümayəndə heyəti iştirak edib.
Onun sözlərinə görə, konfransda qeyd olunub ki, dünyada tütünlə mübarizənin çox böyük əhəmiyyəti var. Beynəlxalq tədbirdə tütünə qarşı bir neçə vacib sənəd qəbul olunub. "Tütünə qarşı cəmiyyət öz birliyini göstərməli və bu konvensiya ətrafında birləşən 171 ölkənin birliyi olmalıdır. Konfransda qəbul olunan konvensiyadan irəli gələn maddələr ölkəmizdə müzakirə olunan qanun layihəsində rəhbər prinsiplər ola bilər. Bundan əlavə, qəbul olunan sənədlər qanunvericiliyin təkmilləşdirilməsi üçün yeni imkanlar açmağa şərait yaradacaq. Konfransda tüstüsüz tütün məmulatları, tütün məmulatlarının qanunsuz ticarəti və digər mövzularda məruzələr dinlənilib. Sonda 2012-ci ildə konfransın Cənubi Koreyada keçirilməsi qərara alınıb. Beləliklə "Tütünə qarşı mübarizə haqqında" ÜST-nin Çərçivə Konvensiyası Tərəflərinin V konfransı Seulda baş tutacaq".
C.Məmmədov qeyd edib ki, konfransda qəbul olunan sənədlər əsasında mövcud olan qanunvericilik sənədlərini aktivləşdirəcək. Onun fikrincə, Milli Məclisdə bu istiqamətdə işlər görülsə və bu konvensiyanın tələbləri nəzərə alınaraq "Siqaret çəkmənin məhdudlaşdırılması haqqında" qanun layihəsi yenidən işlənsə, daha məqsədəuyğun olar. C.Məmmədovun növbəti konfransda Azərbaycan nümayəndə heyətinin daha geniş olacağına və ölkəmizin öz nailiyyətlərindən danışa biləcəyinə inandığını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB