Rusiya prezidenti Vladimir Putin Cənubi Afrika Respublikasının paytaxtı Yohannesburqda keçirilən BRICS sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşüb. SİA-nın verdiyi məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasındakı iqtisadi əməkdaşlıq məsələlərini və Suriyadakı vəziyyəti müzakirə ediblər.
Liderlər mal dövriyyəsinin artdığını və bir çox sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayıblar.
“İkitərəfli münasibətlərimiz genişlənməkdədir. Bu əsasən də böhranların həlli sahəsində özünü göstərir. Mən Suriya böhranını, iqtisadiyyat sahəsini nəzərdə tuturam. İri layihələrimiz plan üzrə reallaşdırılmaqdadır”, - deyə V.Putin bildirib.
Ərdoğan iki ölkə arasında mal dövriyyəsinin və turist axınının daha da artırılacağına əminliyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB