Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi Gəncədə növbəti yoxlamalara başlayacaq
Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi Gəncədə növbəti yoxlamalar keçirəcək. Bu barədə SİA-nın bölgə müxbirinə qurumun rəis müavini Qasım Hüseynov məlumat verib.
Onun sözlərinə görə, bu dəfəki monitorinqlər elektrotexnika satılan mağazalarda aparılacaq. Əsas məqsəd standartın norma və tələblərinə cavab verməyən qızdırıcı cihazları satışdan çıxarmaqdır.
Monitorinqlər Gəncə ilə yanaşı ölkənin digər rayonlarında da təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB