Türkiyə təşkilatı Azərbaycandakı leykozlu xəstələr və onların valideynləri ilə görüş keçirəcək-AÇIQLAMA
Türkiyənin "Lösev" Təşkilatı Azərbaycana 2 günlük səfər edəcək. Təşkilat iki gün ərzində Qemotologiya və Transfuziologiya İnstitutunda olacaq və valideynlərlə görüşlər keçirəcək. Bu barədə SİA-ya açıqlamasında "Leykemiya ilə mübarizə" İctimai Birliyinin sədri Mehriban Bağırova məlumat verib. O bildirib ki, belə bir görüş təşkilat üçün birinci dəfədir keçirilir və ona görə hansı müqavilənin bağlanacağı ilə bağlı dəqiq nəsə söyləmək mümkün deyil.
"Lösev" Təşkilatı bizə məktub yazaraq, xahiş etdilər ki, onları qarşılayaq və leykemiya xəstəliyindən əziyyət çəkən uşaqlara kömək etmək üçün iş birliyi quraq. Bu təşkilat dünyada çox təcrübəli təşkilatlardan biridir və onların bizim təşkilata çox böyük bir köməyi ola bilər. İnanırıq ki, işbirliyimiz baş tutacaq və bizim uşaqlar türk uşaqları ilə birgə leykemiya haqqında çoxlu məlumatlar alacaq və bu da onların sağalmasına kömək olacaq. Düşünürəm ki, bu görüş boş keçməyəcək və görüşün nəticəsində uğurlu nəticələr əldə olunacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB