Gülər Əhmədova: “Astana Sammitində beynəlxalq qurumların atacağı hər hansı addım bizim üçün ümidverici bir məqam olacaq” - AÇIQLAMA
Qarabağ probleminin həm Avropa, həm də Asiyada müsbət bir reaksiya doğurmasını, eyni zamanda daha çox beynəlxalq aləmdə ictimailəşməsini dəstəkləyirəm. Bu barədə SİA-ya açqılamasında millət vəkili Gülər Əhmədova məlumat verib. O bildirib ki, əgər bu problemi dünyanın bir nöqtəsinə çatdıra bilsək və ya bütün qitələrdə doğru, düzgün predmet olaraq dünya siyasətçilərinin siyasi fikrinə yerləşdirə bilsək təbii bu siyasi uğurdur.
"Çünki biz artıq dağıdılmış bir binanı təzədən qururuq. Uzun müddət ermənilər tərəfindən aparılan təbliğat nəticəsində Qarabağla bağlı belə fikirformalaşmışdı ki, guya Qarabağ Ermənistan ərazisində yerləşir. Bu gün prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun, Xarici İşlər Nazirliyinin xətti ilə aparılan bütün işlər ona gətirib çıxarıb ki, artıq bu gün münaqişə ilə bağlı obyektiv fikirlər formalaşıb. Amma eyni zamanda bu gün ermənilərin beynəlxalq müstəvidə çox qəribə davranışları var. Məsələnin müəyyən məqamında gülünc, qeyri-ciddi bəhanələrlə görüşlərdən yayılması onu göstərir ki, Ermənistan tərəfinin beynəlxalq hüquqda, diplomatik sahədə deyəcəyi heç bir arqument yoxdur. Bu Azərbaycan diplomatiyasının qazandığı uğurlu bir məqamdır. Amma əgər biz bu məqamı da doğru, dürüst qiymətləndirərək həm Astana, həm də digər beynəlxalq müstəvilərdə bizimlə və yaxud Ermənistanla tərəfdaş olacaq şəxslərin doğrudan da ikili standart olmadan həm nitqlərində, həm də yaratdıqları sənədlərdə görsəydik bu bizim üçün daha böyük uğur olardı. Mən çox arzulayıram ki, bu böyük uğura biz çataq. Çünki 20 il durmadan bu məsələnin üzərində işləyirik və atəşkəs olmasına baxmayaraq, şəhid verə-verə, Azərbaycan xalqının əsəblərinin tarıma çəkildiyi bir məqamda bunu yaşayırıq. Bu əslində hər bir xalq üçün psixoloji olaraq çox ağır bir yükdür. Hər halda istərdim ki, bu məsələ çox tez bir zamanda həll olunsun. Astana Sammitində də beynəlxalq təşkilatlar tərəfindən atılacaq hər hansı addım bizim üçün ümidverici bir məqam olacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB