Prezident İlham Əliyev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin yaradılması haqqında fərman imzalayıb. SİA-nın xəbərinə görə, Fərmana əsasən, Bakı şəhərindəki Dövlət Bayrağı Meydanı Kompleksinin vəziyyəti, fəaliyyəti, perspektiv inkişafı və mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə dövlət nəzarəti Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi tərəfindən həyata keçiriləcək.
Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi haqqında Əsasnamənin layihəsini hazırlayıb təsdiq olunmaq üçün prezidentə təqdim etsin. Habelə Nazirlər Kabineti Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin strukturu və işçilərinin say tərkibi barədə təkliflərini prezidentə təqdim etməli və Bakı şəhərindəki Dövlət Bayrağı Meydanı Kompleksi ərazisinin hüdudlarını dəqiqləşdirib təsdiq etməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB