Azərbaycan-ABŞ loqosunun dizaynını hazırla və Laptop Kompüter qazan!
ABŞ-ın Bakıdakı səfirliyi Azərbaycan gəncləri arasında səfirliyin Birləşmiş Ştatlarla Azərbaycan arasındakı əlaqələrini önə çəkən yeni loqosunun dizaynı ilə bağlı yarışma élan edir. Səfirlikdən SİA-ya verilən məlumata görə, hazırda Azərbaycan məktəblərində təhsil alan 11-ci sinif şagirdləri daxil olmaqla bütün məktəblilər yarışa qatıla bilər. ABŞ səfirliyi işçilərinin ailə üzvləri müsabiqədə iştirak etmək hüququna malik deyillər.
ABŞ Səfirliyinin əməkdaşlarından ibarət münsiflər heyəti dizaynı birinci yeri tutan şagirdi noutbukla mükafatlandıracaq və həmin dizayn Səfirlik tərəfindən gələcək proqramlarda, o cümlədən tezliklə fəaliyyətə başlayacaq Facebook səhifəsində istifadə ediləcəkdir.
İkinci və üçüncü yerləri tutan dizaynlar üçün digər mükafatlar təqdim ediləcəkdir. ABŞ və Azərbaycana xas mövzuların yaradıcı vəhdətini aydın şəkildə özündə ehtiva edən dizaynlar yüksək dərəcədə təqdir edilir (məs, milli rənglər, bayraqlar, mədəni rəmzlər və sairə).
Qalib dizaynlar Birləşmiş Ştatlarla Azərbaycan arasındakı sıx əməkdaşlığı əks etdirmə dərəcəsi əsasında seçiləcəkdir. Təqdim edilən materiallar orijinal incəsənət əsəri olmalı və dizayn əvvəllər nəşr edilməmiş olmalıdır. Şagird tərəfindən yaradılmamış dizayn və komponentlərdən istifadə edilmiş yaxud qismən istifadə edilmiş təqdimatlar nəzərdən keçirilməyəcəkdir. Bütün təqdim edilən materiallar ABŞ Səfirliyinin mülkiyyəti olacaqdır və Səfirlik gələcəkdə dizaynı istənilən tərzdə istifadə etməklə bağlı müstəsna hüquqa malikdir.
Materiallar 2010-cu ilin 5 dekabr gecə yarısınadək yüksək rezolyusiyalı .TIF yaxud .JPG formatda [email protected] ünvanına göndərilməlidir. İştirakçılardan tam adlarını, yaşlarını və onlarla lazımi əlaqənin yaradılması üçün telefon nömrəsi və/yaxud elektron ünvanlarını daxil etmək xahiş olunur.
Qaliblərə 10 dekabr 2010-cu il tarixində yaxud həmin ərəfədə telefon və yaxud elektron ünvan vasitəsilə xəbərdarlıq ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB