Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) İnvestisiya Mühiti üzrə Məsləhət Xidmətləri Layihəsi çərçivəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə yanğından mühafizənin əsaslarına həsr olunan iki günlük regional seminar öz işinə yekun vurub.
SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbir Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə təşkil edilib.
Seminarın birinci günündə sahibkarlara müəssisə və ticarət obyektlərinin yanğından mühafizəsi sahəsində biliklər, onlara dövlət yanğın nəzarəti işinin təşkili və təbliği barədə məlumat verilib.
Ticarət müəssisələrində yanğına qarşı maarifləndirici kitabçalar paylanılıb.
Günün ikinci yarısı isə iştirakçılara praktiki olaraq mebel müəssisəsi və yanacaqdoldurma məntəqələrində yanğının texniki müayinəsi keçirilib. Yanğın zamanı sahibkarların üzərinə düşən vəzifələr çatdırılıb.
Seminarın ikinci günündə isə Fövqəladə Hallar Nazirliyinin Dövlət Nəzarəti Xidmətinin əməkdaşlarına onların vəzifələri və Azərbaycan investisiya mühitinin təkmilləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verilib.
Bildirək ki, regional seminarların Qərb bölgəsindən sonra sonra Azərbaycanın digər regionlarında da, keçirilməsi nəzərədə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB