Mahmud Məmmədquliyev sabah Ermənistana gedir

Mahmud Məmmədquliyev sabah Ermənistana gedir
İyunun 27-də Ermənistanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlərinin 38-ci Şurasının iclasında Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib. Əlifba sırası əsasında rotasiya qaydalarına uyğun olaraq QDİƏT-də sədrlik Azərbaycan Respublikasına keçəcək və nazir müavini Mahmud Məmmədquliyev sədrliyi qəbul edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə