Piter Semnebi bu gün Bakıya gəlib

Piter Semnebi bu gün Bakıya gəlib

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu gün Bakıya gəlib. SİA-nın xəbərinə görə, Semnebi Bakıda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşəcək.

Avropalı diplomat həftəsonu Azərbaycana bir daha qayıdacaq. O, hökumət nümayəndələri, eləcə də qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə ənənəvi görüşlər keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə