Avtobusun dərəyə aşması nəticəsində 17 nəfər həlak olub

Avtobusun dərəyə aşması nəticəsində 17 nəfər həlak olub

Perunun cənubunda Andauaylas əyalətində ağır yol-nəqliyyat hadisəsi baş vermişdir. Avtobusun idarəetməni itirərək dərəyə aşması nəticəsində 17 nəfər həlak olmuş, 15 sərnişin yaralanıb.

 

SİA-nın xəbərinə görə, Peru yol-nəqliyyat hadisələrinin sayına görə dünyada ilk yerlərdən birini tutur. Polisin məlumatına görə, burada hər il yol qəzalarında 3 mindən çox adam həlak olur.

Bütün xəbərlər Facebook səhifəmizdə