Prezident İlham Əliyev Portuqaliyadadır

Prezident İlham Əliyev Portuqaliyadadır

Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Zirvə toplantısında iştirak etmək üçün Portuqaliyanın paytaxtı Lissabona gəlib.

SİA-nın xəbərinə görə, beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Portuqaliyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə