Çavuşoğlu: "Türkiyə terrorçularla mübarizə aparan yeganə ölkədir"

Çavuşoğlu: "Türkiyə terrorçularla mübarizə aparan yeganə ölkədir"

ABŞ PKK terror təşkilatının Suriya qanadı olan PYD və YPG döyüşçülərinin fəaliyyətini açıq şəkildə dəstəkləyir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"ABŞ Suriyada Türkiyə ilə birgə terrorizmlə mübarizə aparmaq əvəzinə, terrorçularla əməkdaşlıq edir. Terrorizmlə mübarizə apardığını deyən bir dövlət terrorçulara dəstək verməməlidir"-deyə, o bildirib.

Onun sözlərinə görə, Türkiyə Suriyada terrorçularla mübarizə aparan yeganə ölkədir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə