Artıq kimsəyə sirr deyil ki, "Cənub Qaz Dəhlizi" Azərbaycan mavi qazının Avropa bazarına birbaşa çıxarılmasını təmin etmək gücünü öz üzərinə götürən nəhəng layihədir. Belə ki, rəsmi statistik məlumatlara görə, uzunluğu 870 km olacaq Trans Adriatik Qaz Kəməri (TAP) "Şahdəniz" yatağının ikinci fazasının mavi qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. TAP layihəsinin əsas mənbəyi "Şahdəniz"in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. İkinci mərhələdə Avropaya nəql olunacaq mavi yanacağın həcmi 20 milyard kubmetrə çatdırılacaq. Azərbaycan artıq öz qazını birbaşa Rusiyadan kənar Avropa bazarına çıxara biləcək.
Lakin əhəmiyyətli məqamardan biri də budur ki, qardaş Türkiyə və qonşu Gürcüstan da “Dəhlizin” reallaşmasından qazanan əsas tərəflər olacaq, o cümlədən, Türkiyə TANAP-a sahib olmaqla, TAP-a da "ev sahibliyi" edəcək ki, bunun nəticəsində qardaş ölkə bu layihədən öz daxili ehtiyacları üçün faydalanacaq. Məsələn, Türkiyəyə nəql edilən qazın illik həcmi 12,6 milyard kubmetrə yüksələcək. Qonşu Gürcüstan isə tranzit ölkə olaraq, TAP çərçivəsində qoyulacaq 40 milyard dollar sərmayənin yarıdan çoxunu məhz Azərbaycan və Gürcüstan iqtisadiyyatına yönəldib. Daha doğrusu, ilkin qiymətləndirmələrə əsasən, ölkəmizin "Şahdəniz" yatağının birinci və ikinci fazasının işlənilməsindən əldə etdiyi gəlirin həcmi 100 milyard dollardan çox olacaq ki, bu amil "Şahdəniz" yatağının ehtiyatlarının 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.
Bu zaman digər sual yaranır – “Dəhliz” Avropanın enerji təhlükəsizliyinə hansı təsirləri göstərəcək? Belə ki, Rusiyadan mavi yanacaq asılılığı hazırda Qərbin ən problemidir . Lakin bundan sonra ilkin mərhələdə ildə 10 milyard kubmetr qaz Rusiyadan yan keçməklə Avropa bazarına çıxarılacaq. Növbəti mərhələdə bu 20 milyard kubmetrə çatdırılacaq və nəticədə Qərbin Rusiya qanından asılılığı azalacaq. Misal üçün, əgər TAP-ın ötürmə qabiliyyətinin 30 milyard kubmetr olduğunu nəzərə alarsaq, bu, o deməkdir ki, "Abşeron" yatağı da istifadəyə veriləndən sonra Avropa Birliyi göstərilən həcmdə qazı Azərbaycandan idxal edəcək. Elə birinci mərhələdə Avropa bazarına çatdırılacaq mavi yanacaq bir neçə ölkənin tələbatını ödəmək baxımından böyük əhəmiyyət daşıyacaq. Mavi yanacaq baxımından Rusiyadan 97 faiz asılı olan Bolqarıstan daxili şəbəkə ilə Azərbaycan mavi qazını idxal edəcək. Ümumiyyətlə, Qərbin Azərbaycana qarşı siyasi mövqeyindəki ikili standartlarını nəzərə alarsaq, “Cənub Qaz Dəhlizi” qova qitəni Azərbaycanın ayağına gətirəcək. Həmçinin, qlobal enerji təhlükəsizliyi müasir dünya iqtisadiyyatında həllini gözləyən vacib problem olaraq qiymətləndirilir və bu kimi reallıq get-gedə özünü daha da sübuta yetirmiş olacaq. O da təsadüfi deyil ki, ekspertlər növbəti 20 il ərzində Avropanın təbii qaz tələbatının 2 dəfə artacağını proqnozlaşdırırlar. Artan tələbatın qarşılığında isə daxili istehsal illik 200 milyard kubmetrdən 100 milyard kubmetrə qədər azalacaq. Beləliklə, Azərbaycanın mavi qızılı Avropanın bəlli tələbatlarını ödəməklə, ölkəmizin dünyanın iqtisadi fonundakı gücünü daha da artıracaq. Artıq bu, bir fakt olaraq özünü isbatlayan gerçəklikdir.
RÖVŞƏN
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB