Azərbaycanın Los-Ancelesdəki baş konsulu Arizona Universitetinin tələbələri qarşısında mühazirə söyləyib
Azərbaycanın Los-Ancelesdə baş konsulu Elin Süleymanov və vitse-konsul Ramil Qurbanov Arizona ştatına səfər ediblər. Konsulluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, diplomatlar ştatın paytaxtı Finiksdə Arizona Ticarət Palatası ilə birlikdə keçirilən birgə seminarda iştirak edib. Fikir mübadiləsi zamanı Azərbaycanda qeyri-neft sektorunun inkişafına, o cümlədən alternativ enerji mənbələri və yeni texnologiyalar mövzularına geniş yer ayrılıb.
Baş konsul Elin Süleymanov həmçinin Tampa şəhərində Arizona Dövlət Universitetinin və Tuson şəhərində Arizona Universitetinin tələbələri qarşısında mühazirə söyləyib. Diplomat Azərbaycanın müstəqil kurs yürütdüyünü və enerji təhlükəsizliyi, regional inteqrasiya sahəsində siyasətini praqmatik, Azərbaycan xalqının milli maraqlarından çıxış edərək müəyyənləşdirdiyini vurğulayıb.
Azərbaycanın etibarlı tərəfdaş olduğunu önə çəkən baş konsul tərəfdaş ölkələrin, o cümlədən ABŞ-ın da belə qarşılıq nümayiş etdirilməsinin vacibliyini vurğulayıb. Azərbaycanlı diplomatların səfəri yerli mətbuatda işıqlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB