Suraxanı və Xətai rayonundakı uşaq evlərində maarifləndirmə tədbirləri keçirilib
Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin növbəti ildönümü və Avropa Şurasının "Uşaqlara qarşı cinsi zorakılığa son qoyaq!" kampaniyası ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə keçirilən Uşaq hüquqları aylığı davam edir. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, ötən illərdə olduğu kimi, bu il də 20 oktyabr tarixindən başlamış bu aylıq noyabrın 20-də yekunlaşacaq. Aylıq ərzində ölkənin şəhər və rayonlarında dəyirmi masalar, treninq-seminarlar keçirilir, orta məktəblərdə uşaq hüquqları üzrə bir sıra maarifləndirmə tədbirləri təşkil olunur.
Bu silsilədən növbəti tədbirlər Suraxanı rayonundakı 2 və Xətai rayonundakı 3 saylı uşaq evlərində keçirilib. Ombudsman Aparatının əməkdaşları trenerlər qismində çıxış edərək köməyə daha çox ehtiyaclı, kimsəsiz, valideyn himayəsindən məhrum olan uşaqlara Uşaq Hüquqları Konvensiyasının yaranma tarixi, bu mühüm beynəlxalq sənədin əsas müddəaları, uşaq hüquqlarının müdafiəsi mexanizmləri, həmçinin hüquqa zidd əməllərə qarşı aparılan mübarizə barədə ətraflı məlumat veriblər. Müvəkkilin təşəbbüsü ilə uşaq hüquqları aylığı çərçivəsində keçirilən bu qəbildən silsilə maarifləndirmə tədbirlərinin məramının uşaqları hüquqazidd əməllərə qarşı mübarizə üzrə hüquqi maarifləndirməkdən, onlara öz hüquqları ilə bağlı bilgilər verməkdən ibarət olduğu bildirilib.
İnsan alverinə daha çox azyaşlı uşaqların məruz qaldığı vurğulanıb, müvəkkilin çoxşaxəli fəaliyyətində insan alverinə qarşı mübarizənin də mühüm yer tutduğu, dövlət qurumlarının müvafiq strukturları ilə birlikdə bu istiqamətdə tədbirlərin keçirildiyi, Bakıda və ölkəmizin regionlarında əhatəli maarifləndirmə işinin aparıldığı diqqətə çatdırılıb. Uşaq evlərinin yetirmələrinə uşaq hüquqları sahəsində pozuntular, həmçinin uşaqlara qarşı kobud rəftar halları ilə qarşılaşarkən Ombudsman təsisatında 24 saat ərzində fəaliyyət göstərən 916 nömrəli qaynar xəttə təcili olaraq məlumat vermək tövsiyə olunub. Uşaq evlərinin sakinlərinə təsisatda hazırlanmış bu qaynar xətlə bağlı plakat, həmçinin "Uşaqları cismani cəzadan qoruyun!" və "Mənim hüquqlarım" adlı plakatlar, adıçəkilən Konvensiyanın ayrı-ayrı maddələrindən çıxarışlar təqdim olunub. Əyani vəsait kimi istifadə olunan bu hüquqi nəşrlər maarifləndirmə tədbirinin daha canlı və interaktiv formada keçirilməsinə yardımçı olub.
"Buta" gənclərə dostluq klinik sağlamlıq mərkəzində keçirilmiş treninq Uşaq hüquqları aylığı və Avropa Şurasının "Uşaqlara qarşı cinsi zorakılığa son qoyaq!" kampaniyası çərçivəsində gerçəkləşdirilən yekun maarifləndirmə tədbiri olub. Ombudsman Aparatının əməkdaşları həmin kampaniyanın uşaqlara qarşı cinsi zorakılıqla mübarizə standartlarının imzalanması, ratifikasiyası və implementasiayası, bu istiqamətdə maarifləndirmənin genişləndirilməsi məqsədini daşıdığını, müvəkkilin bu mühüm kampaniyanı dəstəklədiyini bildirib. Ombudsmanın uşaq və gənclərin hüquqlarının müdafiəsi və təmini istiqamətində çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verilib.
Mamalıq və Ginekologiya Elmi-Tədqiqat İnstitutunun həkimi Leyla Məmmədova yeniyetmələrin cinsi və reproduktiv sağlamlığı, ölkəmizdə HİV/AİDS-ə qarşı aparılan mübarizə tədbirləri, zərərli vərdişlərin yolverilməzliyi barədə danışıb, valideynlərin öz övladlarının cinsi tərbiyəsində iştirakının vacibliyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB