Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti bu gün Türkiyənin İstanbul şəhərinə səfər edib. MM-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nümayəndə heyətinə Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasındakı ( QDİƏT PA) nümayəndə heyətinin rəhbəri, deputat Eldar Quliyev, parlamentin Aparat rəhbəri Səfa Mirzəyev və bir sıra rəsmi şəxslər daxildir.
Mayın 17-ə qədər davam edəcək səfərin məqsədi QDİƏT PA üzv ölkələri spikerlərinin sammitində iştirak etməkdir.
Səfər zamanı O. Əsədovun sammitdə çıxışı və bir sıra ölkə nümayəndə heyətləri rəhbərləri ilə görüşləri də nəzərdə tutulub.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB