QAT sədri: “Yeni baş nazir başıpozuq siyasət yeridir” AÇIQLAMA

QAT sədri: “Yeni baş nazir başıpozuq siyasət yeridir” AÇIQLAMA

“Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri və orada ölkəmizə qarşı əsassız ittihamlar səsləndirməsi hesab edirəm ki, Ermənistanda olan hakimiyyət böhranının mənfi göstəricisidir. Çünki orada ciddi gərginlik mövcuddur. Paşinyan başıpozuq bir siyasət yeridir”. Bunu SİA-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, ümumiyyətlə normal bir rəhbər özünə rəva bilməzdi o cür hərəkət etsin: “Paşinyanın Azərbaycana qarşı hədələr, şərtlər irəli sürməsi normal qarşılana bilməz. Başqa ölkələrdə hökumət başçısı bunu özünə rəva görməzdi. Bu səviyyəsizlikdən xəbər verir. Digər tərəfdən bu, ermənilərin Azərbaycana, Qarabağa olan münasibətinin göstəricisidir. Ümumiyyətlə fərqi yoxdur erməni ermənidir və Azərbaycana qarşı ədalətsiz mövqedədir. Özlərinin işğal faktını heç bir halda etiraf etmək istəmirlər və ona müxtəlif don geyindirməyə çalışırlar. Rəsmi Bakının Ermənistandan hansısa müsbət addım gözləməyinə dəyməz. Onların qarşısına Azərbaycan ancaq güclə çıxmalıdır. Paşinyan qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. Onun gəldiyi helikopter Azərbaycan tərəfindən vurulmalı idi. Əgər ermənilər bu cür həyasızlıq edirlərsə, onların qarşısında güc göstərmək lazımdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə