Türkiyəli deputat: “Nə qədər ki, Ermənistan Azərbaycanın işğal etdiyi torpaqlarından geri çəkilmir, o mükafatlandırıla bilməz”- MÜNASİBƏT

Türkiyəli deputat: “Nə qədər ki, Ermənistan Azərbaycanın işğal etdiyi torpaqlarından geri çəkilmir, o mükafatlandırıla bilməz”- MÜNASİBƏT
"Türkiyə hər vaxt bunu söyləyir ki, Qafqaz regionunda vəziyyət normallaşmalıdır. Bunu Qafqazda yaşayan bütün dövlətlər də istəyir". Bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, deputat Haluk İpek SİA-ya açıqlamasında deyib. O bildirib ki, bu regiondakı bütün dövlətlət bir-biriləri ilə sərbəst şəkildə ticarət etmək arzusundadırlar. Onun sözlərinə görə buna yeganə mane olan səbəb Ermənistandır: "BMT, NATO, ATƏT-in Minsk qrupu və digər bu kimi beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu deyirlər. Ermənistan BMT-nin qərarı ilə işğalçı dövlət adlandırılıb. Ermənistan istədikləri şeylərə nail olmaq üçün ilk növbədə haqsız əməllərindən əl çəkməlidir. Nə qədər ki, Ermənistan Azərbaycanın işğal etdiyi torpaqlarından geri çəkilmir, o mükafatlandırıla bilməz. Ona görə də işğalçı ölkə bu vəziyyətdən çıxmaq məcburiyyətindədir. O, haqsızlığı aradan qaldırmalıdır"

Son zamanlar Azərbaycanın gücləndiyini deyən türkiyəli deputat bildirib ki, Azərbaycan Qafqaz regionunda ən güclü dövlətə çevrilib. Onun sözlərinə görə, Azərbaycanın iqtisadiyyatı nə qədər güclənərsə, əlaqələri daha yaxşı olacaq. O vurğulayıb ki, Azərbaycanın inkişafı həm Türkiyə, həm də digər dövlətlər üçün etibarlıdır. O Azərbaycanın düzgün yol seçdiyini də qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə