Türkiyə Konstitusiya Məhkəməsinin hakimi: “Azərbaycanda hüquq və azadlıqların müdafiəsinin möhkəm hüquqi bazası formalaşıb” - AÇIQLAMA

Türkiyə Konstitusiya Məhkəməsinin hakimi: “Azərbaycanda hüquq və azadlıqların müdafiəsinin möhkəm hüquqi bazası formalaşıb” - AÇIQLAMA

"Azərbaycan höküməti Konstitusiyanın formalaşmasında mühüm addımlar atıb". Bunu SİA-ya açıqlamasında Türkiyə respublikasının Konstitusiya Məhkəməsinin hakimi Sərdar Özgüldür bildirib. Onun sözlərinə görə, xüsusilə 24 avqust 2002-ci ildə Konstitusiyaya edilən ilk əlavə və dəyişiklik nəticəsində Ombudsman aparatının Konstitusiyaya daxil edilməsi və Ombudsman aparatının bir başa olaraq müəyyən işlər üzrə Konstitusiyaya məhkəməsinə müraciəti insan hüquqlarını qorunmasında yüksək nailiyyət kimi qiymətləndirmək olar: "Bütün görülən işlərin fonunda əminliklə demək olar ki, Azərbaycan tam və hüququ dövlət kimi formalaşıb. Həmçinin Konstitusiyaya edilən ilk əlavə və dəyişiklik eyni zamanda insan hüquqlarının qorunmasında çox yüksək mexanizmin təşkili deməkdir".

 

Azərbaycanda hüquq və azadlıqların müdafiəsinin möhkəm hüquqi bazasının formalaşdığını deyən Türkiyəli hakim bildirib ki, Türkiyə tərəfi Azərbaycan Konstitusiyasında edilən dəyişikliklər nəticəsində əldə olunan nailiyyətlərdən və təcrübədən istifadə edəcək: "Qeyd etmək istərdim ki, bu cür hüquqi imkanlar Türkiyədə bir neçə həftə bundan öncə xalqın seçimi ilə Referendumda edilən əlavə və dəyişiklikdə özünü biruzə verib. Odur ki, 8 ildir ki artıq Azərbaycan bu edilən dəyişikliklərdən əldə olunan nailiyyətlərdən və təcrübəsindən istifadə edəcəyik. Çünki Azərbaycanda insan hüquq və azadlıqlarının formalaşmasında xeyli işlər görür. İnsan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı qanunlar qəbul edilib, Azərbaycan müxtəlif konvensiyalara qoşulub. Azərbaycan Avropa şurası və digər beynəlxalq təşkilatların üzvü olaraq hüquqi müdafiə sisteminin təkmilləşdirilməsində mühüm addımlar atır".

Bütün xəbərlər Facebook səhifəmizdə