Oqtay Əsədov: "Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan mühüm inkişaf yolunu keçib"

Oqtay Əsədov: "Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan mühüm inkişaf yolunu keçib"

Milli Məclisin Ulu Öndərin anadan olmasının 95 illik yubileyinə həsr olunan xüsusi iclas davam edir. SİA-nın xəbərinə görə, iclasda ilk çıxış edən Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, 1960-cı illərin axırlarında və 1990-cı illərin əvvələrində Ulu Öndərin hakimiyyətə gəlişi xalqımızın ən ağır sınaqları dövrünə təsadüf edir.

Onun sözlərinə görə, hər iki dövrdə Ulu Öndərin yüksək idarəçiliyi sayəsində Azərbaycan ən mühüm inkişaf yolunu keçib: “Ulu Öndər müstəqillik yollarında maneələri qabaqcadan görür, onların aradan qaldırılamsı istiqamətində mühüm addımlar atırdı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Konstitusiyası qəbul edilib, xalqın mənafeyinin müdafiəsi üçün əsaslar genişləndirilmişdi”.

Spiker qeyd edib ki, Ulu Öndərin hakimiyyəti dövründə bir sıra təhsil ocaqları yaradılıb, çoxlu sayda gənclər oxumaq üçün Rusiyanın müxtəlif təhsil ocaqlarına göndərilib: “İmperiya dövründə Azərbaycanın müstəqilliyi üçün möhkəm zəmin yaradıldı. Ulu Öndər Heydər Əliyev Azərbaycanın ardıcıl inkişafı üçün əlindən gələni edib. O, ölkəmizə qarşı düşmənçilik mövqe tutanlara qarşı ən böyük maneə idi”.

O. Əsədov söyləyib ki, Ulu öndər Heydər Əliyevin Sovet hakimiyyətindən vəzifədən uzaqlaşdırılması Azərbaycan qarşı hazırlanan məkrli planan ilk addımı idi.

“1990-ci illərin əvvələrində Azərbaycanda hakimiyyətin səriştəsizliyi Azərbaycanı uçuruma sürükləyirdi. Lakin Ümumilli liderin fəaliyyəti nəticəsində Azərbaycan üçün hazırlanan ssenari həyata keçmədi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini qoruyub saxlamaq mümkün olmasa da, Ulu Öndərin fəaliyyəti nəticəsində Azərbaycanın müasir müstəqiliyini qoruyub saxlamaq mümkün oldu. Ulu Öndər böyük siyasətə qayıdışı Onun Ali Sovetə sədr seçilməsi ilə başlandı. Ölkənin ictimai siyasi həyatı üçün çox böyük əhəmiyyət olan bir sıra qərarlar qəbul edib.1993-2003-cü illərdə Onun həyata keçirdiyi işlər öz miqyasına görə, inası heyrətə gətirir. Ulu Öndər Azərbaycanda böhranın qarşısını almaqla yanaşı, vətəndaş müharibəsinin də qarşısını almış oldu. Cəbhə xəttində atəşkəs elan olundu, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqdar sülh danışıqlarına başlanıldı, ölkə daxilində ictimai siyasi sabitlik təmin olundu. Neft strategiyasının həyata keçirilməsi üçün şərait yaradıldı, Azərbaycana milyardlarla dollar investisiya qoyuldu. Neft sənayesinin dirçəlməsi, qeyri-neft sektorunun inklişafına şərait yaratdı. Bazar iqtisadiyyatı bərqərar oldu. Ölkəmiz ardıcıl inkişaf yoluna qədəm qoydu, dünyanın bir çox ölkələri ilə dostluq münasibətləri quruldu”, - deyə spiker vurğulayıb.

Ümummilli Liderin hakimiyyəti dövründə mühüm islahatların həyata keçirildiyini deyən O. Əsədov söyləyib ki, görülən işlər nəticəsində Azərbaycanın dünyada nüfuzu artmağa başladı: “Milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, ədəbiyyatın inkişafı üçün lazımi tədbirlər görüldü. Azərbaycançılıq, milli həmrəyliyin yaradılması istiqamətində əməli addımlar atıldı. Dünya Azərbaycanlıların Qurultaylarının keçirilməsi ənənə halını aldı. Ümummilli lider hakimiyyətdə olduğu dövrdə parlamentə də böyük diqqət göstərib. Milli Məclis Ulu öndərin təşəbbüsü ilə çoxlu sayda qanunvericilik aktlarını qəbul edib”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə