“Müharibə təkcə səngərdə silahlarla və hərbçilərlə olmur. Müasir münaqişələrdə ən güclü savaş məhz informasiya savaşıdır”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, dövlətin informasiya siyasəti, onun diplomatlarının beynəlxalq platformalarda ermənilərə qarşı apardıqları siyasət çox vacibdir: “Bütün siyasi davranışların, proseslərin yekunu təşkilatların qəbul etdikləri sənədlərdə, qətnamələrdə özünü doğruldur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə dünyanın bütün təşkilatlarının verdikləri qərarlar, bəyanatlar, qətnamələr hamıya yaxşı məlumdur. Buna baxmayaraq, ermənilər bütün bunları guya ki, görmür, işğalçılıq siyasətlərini davam etdirirlər. Bunun səbəbi beynəxalq hüquqda olan boşluqlar, Minsk Qrupu ölkələrinin münaqişənin həll edilməsində maraqlı olmamaları, ikili standartlardır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB