Sudanda sərnişin təyyarəsi qəzaya uğrayıb

Sudanda sərnişin təyyarəsi qəzaya uğrayıb

Sudanda içində 35 insanın olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb.

Sərnişinlərdən əksəriyyətinin xilas olduğu bildirilib. SİA-nın "cnntürk"ə istinadən verdiyi xəbərə görə, Mülki Hava Yolları Təşkilatının sözçüsü Abdül Hafiz Abdürrahim yerli bir aviaşirkətə məxsus kiçik təyyarənin ölkənin qərbindəki Darfurda Zalingei bölgəsində yerə düşdüyünü söyləyib.

Abdürrahim insan tələfat ilə bağlı dəqiq məlumatlarının olmadığını deyib.

Darfurdakı Afrika Birliyi Barış Gücündən adının açıqlanmasını istəməyən rəsmi şəxs isə 11 adamın qəzadan xilas olduğunu, ancaq ölənlərin sayının dəqiq bilinmədiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə