Mərkəz sədri: "Nazarbayevi məxməri inqilab “yaratmaqda” ittiham edirlər” MÖVQE

Mərkəz sədri: "Nazarbayevi məxməri inqilab “yaratmaqda” ittiham edirlər” MÖVQE

“Rusiya Federasiyası ekspertləri Nursultan Nazarbayevi Qazaxıstanda məxməri inqilab “yaratmaqda” ittiham edirlər”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Mərkəzi Asiya regionunda Qərbin və Rusiyanın maraqları fərqli məqsədlərlə əks istiqamətdə inkişaf edir:

I. USAİD Mərkəzi Asiya regionu dövlətləri ilə Baltikyanı dövlətlər arasında ticarət əlaqələrinin qurulmasını təşviq edir. Qazaxıstan prezidenti N.Nazarbayevin kürəkəni T.Kulibayevə Baltik dənizində, Rusiya-Finlandiya sərhədinin 50 km-də port almağa icazə verdilər.

“Reuters” agentliyinin yaydığı məlumata görə Rotşild maliyyə qrupu Qazaxıstanda və Özbəkistanda iri müəssisələri almağa başlayıb.

II. RF üçün Mərkəzi Asiya regionunda hərbi təhlükəsizlik məsələləri daha da aktuallaşıb. RF müdafiə naziri S.Şoyqu İŞİD-çilərin Suriya və İraqda darmadağın edildikdən sonra Mərkəzi və Cənub Şərqi Asiyaya doğru yerini dəyişdirdiyini bildirdi. Rusiyanın mövqeyi zəifləmək tendensiyasına malikdir.

Qazaxıstan BMT TŞ-də Suriya mövzusunda Rusiyanın qətnaməsi səsə qoyularkən bitərəf qaldı. Bununla eyni vaxtda N.Nazarbayevin ABŞ-a səfəri zamanı D.Trampla əldə etdiyi razılaşmalar reallaşdırılmağa başlandı. Qazaxıstan senatı Əfqanıstana ABŞ-ın yükdaşımaları üçün Xəzər dənizində Qazaxıstanın Kurık və Aktau limanlarından istifadəyə icazə verdi. Bu yükləri ABŞ hərbçiləri müşayiət edə bilər. Rusiya hər iki hadisəyə kəskin reaksiya verdi. Rəsmi Moskva qapalı müzakirələr apardığı halda Rusiya ekspertləri Qazaxıstanın ünvanına kəskin ittihamlar səsləndirirlər. Qazaxıstanın parçalanacağı, Qazaxıstanın Şərqində etnik vəziyyətin mürəkkəbliyi barədə şərhlər dövriyyə buraxıldı. Bəzi şərhlərə görə N.Nazarbayev özü Qazaxıstanda destabilləşmə və “rəngli inqilablar” üçün əsas yaradır.

Guya N.Nazarbayevin ABŞ-da imzaladığı müqavilələr əvvəlcə pul və sonra destabilizasiya gətirəcək. Xəzər dənizində ABŞ-ın yaratdığı logistika mərkəzlərinin gələcəkdə hərbi bazaya çevriləcəyi və buna görə də gərginlik mənbəyinə çevriləcəyi barədə şərhlərin də sayı xeyli çoxalmışdı. Şərhlərdən biri Putini ən yaxın müttəfiqinin satdığı bildirilirdi. Ehtimal ki, Rusiya Ermənistandakı “məxməri inqilabdan” sonra Qazaxıstanda “məxməri inqilabın” baş verməsini arzulayacaq. RF prezidenti V.Putin N.Nazarbayevlə telefonla danışaraq Suriyadakı vəziyyəti müzakirə etdilər. Kremlin yaydığı məlumata görə N.Nazarbayev ABŞ-ın Suriyaya raket zərbələrini pisləmişdi. Danışıq əsnasında ABŞ-ın aqressiv hərəkətinin BMT TŞ-nin sanksiyası olmadan, BMT-nin nizamnaməsinin və beynəlxalq hüququn normalarının birbaşa pozulması şəraitində həyata keçirilməsi xüsusi qeyd edilmişdi. Ehtimal ki, V.Putin istədiyini aldı. Prezidenti N.Nazarbayev Qazaxıstan xalqlarının XXVI Assambleyasında çıxış edərkən RF-in və prezident V.Putinin ünvanına xeyli müsbət fikirlər səsləndirdi. O, Rusiyanı Allahın verdiyi tarixi qonşu adlandırdı. Özünün V.Putinlə olan münasibətlərini nümunəvi münasibətlər kimi təqdim etdi.

Qazaxıstan üçün təhlükə təkcə RF tərəfindən deyil. Çin Qazaxıstanda maraqlarını artırdığı vaxtda həm də öz ərazisindəki etnik qazaxları sıxışdırır. Bəzi ekspertlərə görə N.Nazarbayevin ABŞ-ın hərbi bazalarını yaratmasına əsas səbəb də Qazaxıstanın həm RF həm də Çin tərəfindən təzyiq altında olmasıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə