Ərdoğan Cənubi Koreya prezidenti ilə görüşüb

Ərdoğan Cənubi Koreya prezidenti ilə görüşüb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreya prezidenti Mun Jae ilə görüşüb.

SİA-nın verdiyi məlumata görə, dövlət başçıları dünyada sülh və sabitlik, terroristlərə qarşı mübarizə,miqrant problemi və bəzi digər qlobal problemləri müzakirə ediblər. Tərəflərin bütün məsələlərdə qarşılıqlı əməkdaşlıq etməyə razılaşdığı bildirilir.

Tərəflər arasında müqavilə bağlandıqdan sonra iki lider arasında dostluq əlaqələrinin güclənməsi, inkişaf etdirilməsinə dair müzakirələr aparılıb. Ərdoğan həmkarını Şimali Koreya ilə tarixi bəyənnamə münasibətilə təbrik edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə