Bu gün BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsinin qəbulundan 17 il keçir
BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməni qəbul etməsindən 17 il ötür. SİA-nın xəbərinə görə, 11 noyabr 1993-cü il tarixində BMT TŞ-sı 884 saylı qətnamə qəbul edib. Qətnamə Zəngilan rayonu və Horadiz qəsəbəsinin işğalını, mülki əhaliyə qarşı hücumu və Azərbaycan Respublikası ərazilərinin bombalanmasını pisləyir, Zəngilan rayonu və Horadiz qəsəbəsindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və Azərbaycan Respublikasının ən son işğal olunmuş digər ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb edir. Lakin bu qərardan 17 il keçməsinə baxmayaraq rəsmi İrəvan BMT-nın qəbul etdiyi qərarları yerinə yetirmir.
Eyni zamanda Ermənistan hərbi birləşmələrinin Azərbaycana qarşı təcavüzü ölkənin sosial-iqtisadi həyatına ciddi ziyan vurub. Belə ki, işğal olunmuş ərazilərdə 871 yaşayış məskəni, o cümlədən 11 şəhər, 12 qəsəbə, 848 kənd yandırılıb.
İlkin məlumatlara əsasən, Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində ölkəyə 10 milyardlarla ABŞ dolları məbləğində ziyan dəyib.
Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikası ərazisinin təxminən beşdə biri işğal olunub, ölkə daxilində təxminən hər 8 nəfərdən biri köçkün və ya qaçqına çevrilib, 20.000 insan həlak olub, 50 000 nəfər yaralanıb və ya əlil olub və Azərbaycan Respublikasının təxminən 5 000 vətəndaşı indiyədək itkin düşüb. 12 may 1994-cü il tarixində atəşkəs imzalanıb, lakin Ermənistan atəşkəsi pozmaqda davam edir.
Son yeddi il ərzində erməni tərəfinin atəşkəsi pozma halları kəskin şəkildə artıb. Onlar atəşkəs xətti boyu Azərbaycan əsgərləri ilə yanaşı, ətraf ərazilərdə yaşayan dinc əhaliyə də atəş açır, onları qətlə yetirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB