Paşinyan xarici siyasət prioritetini açıqlayıb

Paşinyan xarici siyasət prioritetini açıqlayıb

Rusiya Dövlət Dumasının deputatları ilə görüşən Ermənistan müxalifətinin lideri Nikol Paşinyan xarici siyasətdə prioritetini açıqlayıb. SİA-nın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri müavini Viktor Vodolatskiy bildirib ki, N. Paşinyan xarici siyasətdə prioritetinin Rusiya ilə münasibətlər olacağını deyib.

"N. Paşinyan Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Ermənistan sərhədlərinin rusiyalı hərbçilər tərəfindən qorunmasının tərəfdarıdır", deyə o vurğulayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə