ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Qüdsdə səfirliyinin açılışında iştirak edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısının özü bildirib: “Mən ora gedə bilərəm. Mən bununla çox fəxr edirəm. ABŞ-ın bir çox prezidenti uzun illər ərzində Amerikanın Qüdsdə səfirliyini açacaqlarını vəd etdilər. Lakin onların vədlərini yerinə yetirməyə cəsarətləri çatmadı. Mən bunu həyata keçirdim. Hazırda səfirliyin açılışına hazırlıq işləri gedir”.
Qeyd edək ki, Donald Tramp ötən ilin 6 dekabrında Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. Ağ Ev rəhbəri Dövlət Departamentinə ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməyi tapşırıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB