Almaniyanın Ankaradakı səfiri Mart Erdmann Türkiyə Xarici İşlər Nazirliyinə çağrılıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfiri YPG terror təşkilatının Almaniyadakı fəaliyyəti səbəbi ilə XİN-ə çağırılıb. Ancaq səfir Ankarada olmadığı üçün nazirliyə gedə bilməyib. Onun yerinə Almaniyanın Ankaradakı müvəqqəti işlər vəkili XİN-ə gedib.
Qeyd edək ki, səfir Mart Erdmanna Türkiyədə olduğu 2,5 ildə 21 dəfə XİN-ə çağrılaraq nota təqdim olunub.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB