Əli Orucov: "Etik qaydaları pozan şəxslər öz tərbiyələrini göstərirlər"
Müsahibimiz AMİP funksioneri Əli Orucovdur
- Əli bəy, müxalifətin "söyüş qrupu", xaricdə oturub, Azərbaycan əleyhinə anti-təbliğat kampaniyası aparır. Demək olarmı onları təlimatlandıranlar sırasında, erməni lobbisi də var?
- Xaricdə oturub, öz ölkələri haqqında xoşagəlməz fikirlər söyləyən həmin şəxslər bununla necə tərbiyəsiz olduqlarını nümayiş etdirirlər. Etik qaydaları pozan şəxslər özlərinin tərbiyələrini göstərmiş olurlar. Yəni Azərbaycan cəmiyyətinə hörmətsizliklərini göstərirlər. Belə şeylərə qəti şəkildə yol vermək olmaz. Ümumiyyətlə, siyasətdə etik qaydalara, mənəvi dəyərlərə hörmət etmək lazımdır. Mübarizə o demək deyil ki, kim nə istəsə danışa və kim necə istəsə söyüş söyə bilər. Hər kəs danışığına və yazdıqlarına fikir verməlidir. Belə ədəbsizliyə yol vermək olmaz. Əlbəttə ki, Avropadakı "söyüş qrupu"nun hərəkətləri pislənilir. Hətta biz dəfələrlə bu cür halların aradan qaldırılması və belə hallara qarşı sərt mövqeyimizi ortaya qoymuşuq, çağırışlarla çıxış etmiş, tövsiyyə və məsləhətlərimizi vermişik.
- Əli bəy, sizcə, nədən "Milli Şura" və Müsavat sivil mübarizədən imtina edib, məkrli planlara meyil göstərirlər?
- Bu gün "Milli Şura" təmsilçilərinin özləri də çox gözəl bilirlər ki, onların xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Əgər "Milli Şura" tərəfindən keçirilən mitinqlərin heç bir nəticəsi yoxdursa, bunun günahı özlərindədir. Düşünmürlər ki, nə vaxta qədər heç bir nəticəsi olmayan mitinqlər keçirəcəklər? "Milli Şura" təmsilçilərinin anormal çağırışlarla çıxış etmələri və
əhəmiyyətsiz mitinqlər keçirməyə cəhd göstərmələri öz beyinlərini məhsulu deyil. Çünki onların mitinqlərində eyni simalar təmsil olunur. Orda fərqli insan görmək mümkün deyil. Bu da bir daha göstərir ki, bunların mitinqlərinə gələnlər ancaq özlərinin yaxınlarıdır.
- Demək olarmı, müxalifətin çökməsinin başlıca səbəbi, partiya sədrlərinin bir-birini qəbul edə bilməsi ilə bağlıdır?
- Hər kəs çox yaxşı bilir ki, müxalifət partiya sədrləri bir-birləri ilə, heç vaxt səmimi olmayıb. Onların blok və qurumlardakı fəaliyyətləri rəhbərlik etdikləri partiyaların maraqlarına uyğun gəlməyib. Çünki onların hər birinin şəxsi maraqları var. Yəni bir-birini qəbul etmək istəmirlər. Sadəcə olaraq, o liderlərin şəxsi münasibətlərindən yaranan bir addımdır yəni, müvəqqəti birləşmədir. Onların bu birləşmələri də çox uzun çəkmir. Bu günə qədər onların müxtəlif adlar altında bir yerdə olduğunu görmüşük və dağılandan sonra bir-birlərinə qarşı düşmən mövqeyi, sərt ittihamlar kontekstində çıxışlarını da eşitmişik. Ona görə də, bu müxalifətin sonu yoxdur.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB