Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi
- "Lunoxod 1" Aya göndərilib (1970)
- Varna yaxınlığındakı döyüş nəticəsində səlibçilər türk qoşunlarına məğlub olublar (1444)
- Rus (sovet) silah konstruktoru Mixail Kalaşnikov anadan olub (1919)
- Stalin Bakıdan Moskvaya qayıdarkən Məmməd Əmin Rəsulzadəni də özü ilə eyni qatarda aparıb (1920)
- Hirohito Yaponiyanın imperatoru seçilib (1928)
- İtaliyada antisemit qanun qəbul edilib (1938)
- Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün xatirə günü (1938)
- Qırğızıstanın sabiq prezidenti Əsgər Akayev anadan olub (1944)
- Fransa, İngiltərə, ABŞ və Türkiyə "Yaxın Şərqdə təhlükəsizlik Proqramı"nı qəbul edib (1951)
- BMT Cənubi Afrikada aparteidi pisləyib (1959)
- Anqola müstəqilliyini elan edib (1975)
- Sovet lideri Leonid Brejnevin xatirə günü (1982)
- Microsoft şirkəti "Windows 1.0" əməliyyat sistemini təqdim edib (1983)
- Bolqar kommunist partiyasının rəhbəri Todor Jivkov vəzifəsindən uzaqlaşdırılıb (1989)
- İraq Küveytin müstəqilliyini tanıyıb (1994)
- Avropa Şurası Parlament Assambleyası Azərbaycan-Ermənistan cəbhəsində atəşkəsin əldə edilməsi ilə bağlı məmnunluğunu bildirən 1047 saylı qətnaməni qəbul edib (1994)
- Azərbaycan Respublikası Niger ilə diplomatik əlaqələr qurub (1995)
- Azərbaycan Dövlət Neft Şirkəti Lukoil (Rusiya), Penzoil (ABŞ) və Agip (İtaliya) birgə müəssisə – Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti təsis edib (1995)
- Lenin Mavzoleyini ziyarət etmək rəsmən qadağan olunub (2000)
- Bakıda Dünya azərbaycanlılarının I qurultayı başa çatıb (2001)
- Boeing 777 təyyarəsi ilə dünyada ən uzun kommersiya uçuşu həyata keçirilib. London – Honq Konq marşrutu ilə (21596 km) ilə uçuş 22 saat 45 dəqiqə çəkib (2005)

Bütün xəbərlər Facebook səhifəmizdə