“Suriyanın şimalında lazım olanı edəcəyik”. SİA-nın verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş iclasında bildirib.
“Biz Gabardan, Cudiden, Tendürekdən, hətta Kandilden (bu bölgələr Türkiyə-İraq sərhəddində yerləşir və dağlıq ərazilərdir) çıxmayacağıq", - deyə prezident vurğulayıb.
R.T.Ərdoğan deyib ki, Türkiyə ordusu və təhlükəsizlik qüvvələri indiyə qədər Afrində 4272, İraqın şimalında 353, Türkiyədə isə 258 terrorçu zərərsizləşdirib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB