Azərbaycan MDB-nin 6-cı Beynəlxalq Forumuna ev sahibliyi edib

Azərbaycan MDB-nin 6-cı Beynəlxalq Forumuna ev sahibliyi edib

Bu gün Azərbaycanda Moskva Dövlət Linqvistik Universiteti və Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə "MDB və Şanxay Əməkdaşlıq Təşkilatı ölkərində (ŞƏT) mədəniyyətlərin və dillərin dialoqu" mövzusunda 6-cı Beynəlxalq Forum keçirilib.

SİA-nın məlumatına görə forumda MDB ölkələrindən gələn siyasi xadimlər, icra hakimiyyətinin, nazirliklərin nümayəndələri, deputatlar və başqa səlahiyyətlilər iştirak ediblər. Tədbir zamanı aşağıdakı mövzular müzakirə edilib:

1-MDB və ŞƏT ölkələrinin humanitar, siyasi, hüquqi aspektləri

2-Çoxdilli humanitar məkanlarda dillərin və mədəniyyətlərin dialoqu

3-Rus dilinin beynəlxalq ünsiyyət vasitəsi kimi rolu

4-Ədəbi tərcümələrin mədəniyyətlər və dillər arasında qarşılıqlı təsiri

5-MDB və ŞƏT ölkələrinin dini və dünyəvi tədris sisteminə münasibəti.

Tədbiri giriş sözləri ilə açan Lebedev bildirib ki, Azərbaycanın MDB və ŞƏT ölkələrini əhatə edən bu forumun keçirilməsində gördüyü işlər əvəzsiz və diqqətəlayiqdir. Dil mövzusunun çox önəmli sahə olduğunu deyən icraçı katib dil və mədəniyyət bazalı ali məktəblərin sayının artırılmasını zəruri hesab edib: "Dillərin öyrənilməsi və ölkələrarası fəaliyyət çox vacibdir. Çünki mədəniyyət əlaqələrində, sivilizasiya dialoqlarında dil əsas rol oynayır. Məhz buna görə də MDB məkanında bu mövzuları əhatə edən ali məktəblərin sayı artırılmalıdır".

"Dil bilmək dünya xalqlarının münasibətləri üçün çox vacibdir, ona görə də bu məsələyə həm Rusiya, həm də MDB ölkələri diqqət yetirməlidir" -deyən Lebedev ölkələr arasında keçirilən mədəniyyət dialoqlarına gənc nümayəndələrin cəlb olunmasının vacib olduğunu qeyd edib.

Tədbir fikir mübadilələri əsasında davam edib.

Qeyd edək ki tədbir MDB-nin 20 illik yubileyinə həsr olunub və plenar, sessiya iclası şəklində keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə