AŞPA müşahidə missiyasının rəhbəri Pol Ville: “Namizədlər platformaları haqqında ətraflı məlumat vermək əvəzinə digər partiyalar barəsində fikir irəli sürürlər” - MÜNASİBƏT
"Ölkədə yaxşı demokratiya üçün güclü müxalifət olmalıdır". SİA-nın xəbərinə görə, bunu ATƏT-in, ATƏT Parlament Assambleyasının və Avropa Parlamentinin Azərbaycanda seçkiləri müşahidə etmiş missiyalarının birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran AŞPA müşahidə missiyasının rəhbəri Pol Ville deyib. Onun sözlərinə görə, müxalifət hakim partiya ilə siyasi debatlar vasitəsiylə demokratiyanın inkişafında mühüm addımlar ata bilər: "Azərbaycanda müxalifətin bu cür siyasi debatlar təşkil etməsi halları mövcud deyil".
Namizədlərə 4 dəqiqəlik pulsuz efir vaxtının verilməsi ilə bağlı sualı şərh edən P.Ville bəyan edib ki, eyni dairənin namizədlərini sosial-iqtisadi mövzulara dair ictimai debatları pulsuz efir vaxtının ayrılmasından daha faydalıdır: "Çünki pulsuz efir vaxtında bəzi namizədlər əxlaqdan kənar sözlər işlədirlər. Öz platformaları haqqında ətraflı məlumat vermək əvəzinə digər partiyalar barəsində fikir irəli sürürlər. Lakin bir daha demək istəyirəm ki, pulsuz efir vaxtının ayrılması da sizin seçiminiz olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB