Ermənistanın “zorakı demokratiyası”: Sarkisyanın hakimiyyəti özündən özünə ötürməsi
Bir qayda olaraq erməni siyasətçilər özlərinin demokratik ruhlu olmalarından dəm vururlar. Onlar bunun fonunda başqalarını ittiham etməkdən belə çəkinmirlər. Ancaq Ermənistanda baş verənlər real vəziyyətin tamamilə başqa cür olduğundan xəbər verir. Serj Sarkisyan ölkə konstitusiyasında apardığı “dəyişikliklərlə” faktiki olaraq hakimiyyəti özündən özünə ötürüb. İndiki əsas qanuna görə, Ermənistanda real hakimiyyət baş nazirin əlində olacaq. Bütövlükdə parlament idarəetmə üsuluna keçid baş verir. Bununla da S.Sarkisyanın tərk etdiyi prezident kürsüsünə yalnız rəsmi tədbirlərdə “toy generalı” kimi iştirak edən adam əyləşəcək. Bunları anlayan müxalifət etiraz aksiyaları keçirir. Bu prosesin necə sona çatacağı məlum deyil. Ancaq aydındır ki, Ermənistanda daxili siyasi, sosial və iqtisadi vəziyyət özünün daha gərgin səviyyəsinə yüksəlməkdədir. Bu isə ümumən Cənubi Qafqazda qeyri-müəyyən geosiyasi mənzərə yaratmaqdadır.
Ermənisayağı “islahat”: prezidentin baş nazirə “çevrilməsi”
İndi Cənubi Qafqazın ən kiçik və zəif ölkəsi silkələnir. Uzun müddətdir ki, Qərbin müxtəlif təşkilatlarının regionun "qismən azad" ölkəsi kimi təqdim etməyə çalışdığı və insan haqlarına guya əməl edildiyi marionet dövlətdə ara qarışıb. Müxalifətin bir qrupu küçələrə axışıb, digərləri isə susur. Hakim qüvvə isə bunlara əhəmiyyət vermədən öz işini görməkdədir. Polis prosesə müdaxilə etməyə hazır vəziyyətə gətirilib. İlkin rəqəmlərə görə, 30-dan çox insan xəsarət alıb. Etiraz hərəkatına başçılıq edən parlamentin deputatı, "Vətəndaş dialoqu" partiyasının lideri Nikol Paşinyan polislə toqquşmada əlindən yaralanıb, lakin hələ də meydandadır.
Bütün bunlar hazırda Ermənistanda mövcud olan vəziyyətin yalnız bir qısa fraqmentidir. Məsələnin kökü isə ölkənin sosial, siyasi və iqtisadi həyatının bir sıra xüsusiyyətləri ilə əlaqəlidir. Əvvəlcə hakimiyyətin davranışlarından başlayaq. Serj Sarkisyanın prezidentliyi dövründə konstitusiyaya dəyişiklik edildi. Ermənistan prezident üsul-idarəsindən parlament idarəçiliyinə keçdi. Müstəqil ekspertlər bunun əsas səbəbinin Ermənistan konstitusiyasına görə bir nəfərin dalbadal üç dəfə prezident seçilə bilməsinin qadağan olması ilə bağladılar. Onlar proqnoz verirdilər ki, S.Sarkisyan dəyişiklikdən faydalanaraq baş nazir olacaq və parlamentdə də özünə sadiq qüvvələr üstünlüyünü saxlayacaq.
Bu proqnozun hər iki aspekti özünü doğrultdu. Birincisi, S.Sarkisyanın rəhbərlik etdiyi Respublika partiyası daşnaklarla ittifaqda parlament seçkisində qalib gəldi və 105 yerdən 65-nə sahib oldu. İkincisi, hakim qüvvələr S.Sarkisyanın baş nazir postuna təyin edilməsi üçün onun namizədliyini irəli sürdü. Bu təklifi baş nazir olan və “Qazprom”un adamı kimi tanınan Karen Karapetyan verdi. Parlamentin bu təqdimatı aprelin 17-də təsdiq edəcəyi barədə informasiya əvvəlcədən məlum idi. Bu prosesə etiraz kimi N.Paşinyan hərəkat başlatdı.
Hərəkatçılar Ermənistanda demokratiyanın pozulduğunu, insan haqlarının tapdandığını və S.Sarkisyanın öz hakimiyyətini süni surətdə uzatdığı iddiası ilə çıxış edirlər. Onlar hakimiyyətin bir nəfər tərəfindən zəbt edilməsinin qəbuledilməz olduğunu ifadə edirlər. Konkret olaraq S.Sarkisyanın sözdə demokratiya dəyişikliyi adlandırdığı prosesin, əslində, zorakı və avtoritar yolla, kənardan (başlıca olaraq Kremldən) gələn sifariş əsasında hakimiyyəti qəsb etdiyini söyləyirlər.
Ekspertlər S.Sarkisyanın hakimiyyətdə qalmaması üçün müxalifətin əlində kifayət qədər əsas olduğu haqqında yazırlar. Heç bir sahədə S.Sarkisyanın prezidentliyi dönəmində Ermənistan uğur əldə edə bilməyib. Daxili vəziyyət gərgin olaraq qalır. İqtisadiyyat çöküb. Baş nazir K.Karapetyana olan ümidlər də tükənib. K.Karapetyan müəyyən sferalarda fraqmentar uğurlar əldə etsə də, ümumən iqtisadi sistem bərbad vəziyyətdə qalmaqdadır. Bunun səbəbi kimi isə korrupsiya və korporativ maraqların ölkədə üstünlük təşkil etdiyini göstərirlər.
Ekspertlər əmindirlər ki, Ermənistanda korrupsiyanın başında məhz S.Sarkisyan dayanır. K.Karapetyan məhz bu səbəbdən sistemli islahatlar apara bilmir. Müxalifətin əksər hissəsi də korrupsioner sistem tərəfindən satın alınıb. Onlara müəyyən pay veriblər ki, səslərini çıxarmasınlar. Hətta bir sıra erməni ekspertlər bütün Ermənistan cəmiyyətinin korrupsiyaya qurşandığı tezisini irəli sürmüşdü.
Bunlardan başqa, Ermənistanın iqtisadi infrastrukturu Rusiyadan asılı vəziyyətə salınıb. Bütün strateji sferalara nəzarət Moskvanın əlindədir. Və bu vəziyyətdə hər hansı dəyişiklik gözlənilmir. Ayrıca, enerji sferasında Rusiya hökmranlıq edir. Ermənistan bütün regional və beynəlxalq enerji-nəqliyyat layihələrindən təcrid olunmuş vəziyyətdədir.
Regiona təhlükə: Ermənistan köhnə ampluasında
Daxili siyasətin bu vəziyyəti xarici siyasətdə özünü göstərən uğursuzluqlarla tamamlanır. Rəsmi İrəvanın tutduğu məntiqsiz, reallıqdan uzaq və ədalətsiz mövqeyə görədir ki, ölkənin Azərbaycan və Türkiyə ilə münasibətləri düzəlmir. Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır. 2016-cı ilin Aprel döyüşləri isə göstərdi ki, Ermənistanda ordu quruculuğu yarıtmaz vəziyyətdədir. Azərbaycan Ordusu qısa müddətdə erməni silahlı qüvvələrini darmadağın etmək iqtidarındadır. Ermənistan vətəndaşları anladılar ki, onların silahlı qüvvələri deyil, kənardakı havadarları təhlükəsizliyin təminatçılarıdırlar. Bunun isə gələcəyi yoxdur. Çünki istənilən an havadarın özü pis vəziyyətə düşə bilər ki, Ermənistan çarəsiz qalar.
Bütün bunlara görə, Ermənistanda bəzi müxalif qüvvələr S.Sarkisyanın korrupsioner hakimiyyətinin sona çatdırılması tələbi ilə çıxış edirlər. Ancaq müxalifət sivil qaydada mübarizə aparmaq imkanlarının məhdudluğunu nəzərə alaraq, küçələrdə etirazlara başlayıb. Polis bəyan edib ki, etirazları dağıtmaq səlahiyyəti var və bundan istifadə edəcək. Onlar özləri ilə vətəndaşlar arasında tikanlı məftillər çəkiblər. Toqquşmalar müntəzəm xarakter alır. Nikol Paşinyan hökumət binalarının zəbt ediləcəyi barədə informasiya yayıb. O, bütövlükdə Ermənistanda “məxməri inqilab”ın başladığını bəyan edib.
Deməli, faktiki olaraq Ermənistanda siyasi ziddiyyətlər inqilabi hərəkatla nəticələnməkdədir. Hakim qüvvənin S.Sarkisyanın namizədliyini geri götürəcəyi imkansız görünür. Onun təyin ediləcəyinə şübhə yoxdur. Bununla da hakimiyyət yenidən S.Sarkisyanın əlində cəmləşmiş olacaq. Hazırkı prezident Armen Sarkisyan isə “toy generalı” kimi tədbirlərdə iştirak edəcək.
S.Sarkisyanın baş nazir kimi hakimiyyəti əlində cəmləşdirməsi ölkədə mövcud korrupsiya sisteminin qalması deməkdir. O cümlədən Dağlıq Qarabağ məsələsində rəsmi İrəvanın mövqeyi dəyişməyəcək. O halda həm daxili, həm də xarici siyasətdəki iflic vəziyyəti də davam edəcək. Bununla Ermənistanın kənar qüvvələrdən asılılığının ömrü bir qədər də uzanmış olacaq.
Siyasi aspektdə isə iqtidar-müxalifət ziddiyyətləri yeni səviyyəyə yüksələcək. Çünki indi küçələrdə olan müxaliflərin aksiyalardan çəkilmələri üçün heç bir əsas yoxdur. Onlar S.Sarkisyanın baş nazir olmasını istəmirdilər, lakin bu tələb ödənmədi. Korrupsiya aradan qalxmadı. Xarici siyasətdəki acınacaqlı durum davam edir, enerji sahəsində heç bir irəliləyiş yoxdur. Bu səbəblərdən etiraz aksiyalarının dayandırılması müxalifətin özünə ölüm hökmü verməsi deməkdir.
O halda proqnoz vermək olar ki, Ermənistanda daxili gərginlik hələ uzun müddət özünü göstərəcək. Mümkündür ki, müxalifətin güc zəifliyi səbəbindən ölkədə hələlik hansısa ciddi dəyişiklik olmasın. Ancaq ziddiyyət və toqquşma potensial amil kimi Ermənistan siyasi dairələrini daim təqib edəcək. Orada siyasi qarşıdurma, zorakılıq və güc vasitəsi ilə hakimiyyəti devirmək cəhdləri yoxa çıxmayacaq.
Təbii ki, bütün bunların Ermənistanı bir dövlət və ölkə kimi qeyri-müəyyən vəziyyətə salması tamamilə gözləniləndir. Eyni zamanda, bu ölkə region üçün təhlükə mənbəyi olaraq qalır. Əgər daxildə sabitlik yoxdursa, siyasi gərginlik hökm sürürsə, onda xarici siyasətdə də normal vəziyyət yarana bilməz. Ölkə daxilindəki həssas durumdan istifadə edərək, kənardan olan təsirlərlə daim xaos yaratmaq cəhdləri ola bilər.
Sözsüz ki, bu imkandan, ümumiyyətlə, Cənubi Qafqazda gərginlik yaratmaq istəyənlər istifadə edə bilərlər. Məhz bu məqamda Ermənistanda siyasi sabitsizliyin mövcudluğunun region üçün hansı təhlükələr meydana gətirdiyi daha aydın görünür. Serj Sarkisyan və onun tərəfdarları məsələnin bu tərəfi haqqında qətiyyən düşünmürlər və çox məsuliyyətsiz davranırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
Hadisə 15 Oktyabr 13:53“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb“
İqtisadiyyat 15 Oktyabr 13:51"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 15 Oktyabr 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 15 Oktyabr 13:46“Azərbaycanın iqtisadi potensialı beynəlxalq tərəfdaşlıqları gücləndirir” - DEPUTAT DANIŞDI
Siyasət 15 Oktyabr 13:40"Azərbaycanın müstəqil siyasəti bəzi dövlətlərlə münasibətlərdə gərginlik yaradır" - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 13:36NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Hadisə 15 Oktyabr 13:21BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 15 Oktyabr 13:20Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Siyasət 15 Oktyabr 13:19Borca görə həbs qoyulan avtomobili satmaq və ya başqasına keçirmək olarmı? - HÜQUQŞÜNAS DANIŞDI
Sosial 15 Oktyabr 12:54“ABŞ-da aralıq seçkilər Tramp administrasiyasının siyasi gələcəyinə təsir edə bilər“ - ŞƏRH
Siyasət 15 Oktyabr 12:52Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



