"Biz ən müasir texnologiyaları Azərbaycanda tətbiq etməliyik"

"Biz ən müasir texnologiyaları Azərbaycanda tətbiq etməliyik"

"Bu illər ərzində biz yeni texnologiyalara böyük diqqət vermişik. Azərbaycan dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu. Bizim indi iki peykimiz var və üçüncü peykin orbitə buraxılması nəzərdə tutulur". SİA-nın xəbərinə görə, bu fikirləri Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində deyib.

Azərbaycanın bu sahədə liderlik nümayiş etdirdiyini deyən Azərbaycan Prezidentinin sözlərinə görə, bu, onu göstərir ki, biz gələcəyə baxırıq və gələcək də elmi-texnoloji inkişafla bağlıdır: "Məhz buna görə biz təhsilə, elmə diqqət veririk, növbəti illərdə daha da böyük diqqət göstərməliyik. Çünki hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır. Biz ən müasir texnologiyaları Azərbaycanda tətbiq etməliyik. Buna nail olmaq üçün bizdə hazırlıqlı kadr potensialı olmalıdır, bu istiqamətdə bundan sonrakı illərdə də işlər görüləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə