Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz olaraq İrəvanda keçirilən aksiyanın rəhbəri, müxalif deputat Nikol Paşinyan Ermənistanda "məxməri inqilab"ın başladığını elan edib. SİA-nın verdiyi məlumata görə, bu barədə o, paytaxtın Fransa meydanında çıxışı zamanı deyib: "Mən demokratik, zorakı olmayan “məxməri inqilab”ın başlandığını elan edirəm. Ölkədə inqilabi vəziyyət yaranıb”.
Məlumata əsasən, mitinqin keçirildiyi Fransa meydanına təqribən 3 min nəfər toplaşıb.
N.Paşinyan bildirib ki, onun tərəfdarları dövlət orqanlarının fəaliyyətini iflic etmək niyyətindədir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə