16 saylı Yasamal ikinci seçki dairəsinin 29 məntəqəsində səsvermə hüququ olan 37 856 seçicidən artıq 14 700 nəfəri səs verib. 16 saylı Yasamal ikinci seçki dairəsinin sədri Sədaqət Seyidzadə SİA-ya verdiyi açıqlamasında bildirib ki, seçki fəallığı günün ikinci yarısında daha yüksək qeydə alınıb. Eyni zamanda DSK sədri məntəqələrdə heç bir qanun pozuntusunun qeydə alınmadığını və DSK-ya heç bir rəsmi şikayətin daxil olmadığını bildirib.
17 saylı Yasamal üçüncü seçki dairəsinin sədri Qədir Kərimov isə DSK-nın 31 məntəqəsində qeydiyyatda olan 42 525 seçicidən 12 345-nin səs verdiyini bildirib. Sədr həmçinin məntəqələrdə seçki fəallığının artdığını və heç bir qanun pozuntusunun qeydə alınmadığını diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB