Kanada Senatının üzvü: “Seçki prosesi demokratik qaydalara uyğun keçirilir” - MÖVQE

Kanada Senatının üzvü: “Seçki prosesi demokratik qaydalara uyğun keçirilir” - MÖVQE

Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində "Seçkilər" İnformasiya Mərkəzində Kanada Senatının üzvü Konsilio Di Nino jurnalistlərə seçkilərin gedişi ilə bağlı məlumat verib. SİA-nın məlumatına görə, o, bir sıra seçki məntəqələrində seçkilərin gedişatını izlədiyini, həmçinin səhər saat 8-də seçki məntəqələrinin birinin açılışında iştirak etdiyini bildirib.

 

O, seçkiləri izləyən beynəlxalq və yerli müşahidəçilərinin kifayət qədər çox olduğunu qeyd edib. Müşahidəçilərinin bu qədər çox olacağını gözləmədiyini diqqətə çatdıran Kanada Senatının üzvü seçki prosesin normal keçdiyini qeyd edib. Səsvermə zamanı xırda problemlərin olduğunu söyləyən Konsilio Di Nino bunun seçkilərə o qədər də ciddi şəkildə təsir etmədiyini vurğulayıb: "Bu kimi hallar dünyanın bütün ölkələrində müşahidə olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə