Saat 14.00-dək jurnalistlər tərəfindən Mətbuat Şurasının “qaynar xətt”inə hər hansı məlumat daxil olmayıb.

Saat 14.00-dək jurnalistlər tərəfindən Mətbuat Şurasının “qaynar xətt”inə hər hansı məlumat daxil olmayıb.

Saat 14.00-dək seçkini işıqlandıran jurnalistlər tərəfindən Azərbaycan Mətbuat Şurasının "qaynar xətt"inə hər hansı məlumat daxil olmayıb. Qurumdan SİA-ya verilən məlumata görə, Şuranın monitorinq qrupunun paytaxt və bölgələrdəki seçki məntəqələrində olan üzvləri də jurnalistlərə qarşı maneə faktı qeydə almayıblar.

Şuranın (012) 441 35 30; (012) 441 35 92; (012) 441 35 94 nömrələri bu gün saat 08.00-dan "qaynar xətt" rejimində işləyir. Jurnalistlərin seçki günü peşə fəaliyyətlərini yerinə yetirmələrində yarana biləcək mümkün problemlərin operativ aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılan "qaynar xətt"in növbəti məlumatı saat 17.00-da yayımlanacaq.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri də seçkinin gedişini izləyirlər. Onlar yerlərdə KİV təmsilçilərinə yaradılan şəraitlə yaxından tanış olurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə